Cüdoçularımızdan Açıq Avropa turnirinin ilk günündə 5 medal

2 iyul 2022-ci il tarixində böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirinin ilk gününün nəticələri bəlli olub.

Newsport.az-ın məlumatına görə, idmançılarımız Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən yarışın ilk günündə yüksək nəticə əldə edib.

-60 kq. çəkidə Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan digər idmançımız Rəşad Yelkiyev turniri bürünc medalla başa vurub.

-66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Paşayev bürünc medala yiyələnib.

-73 kq. çəkidə Telman Vəliyev final görüşündə tatamidən qalib ayrılaraq qızıl medala layiq görülüb. Eyni çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev isə turniri bürünc medalla başa vurub.

İlk günün nəticələrinə görə, cüdoçularımız 5 medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında Açıq Avropa turnirdə birinci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right