Azərbaycanlı idmançı Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, qadın güləşi də start götürüb.

Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Azərbaycanlı güləşçi bu qələbələrin hamısını "tuşe" ilə qazanıb. Yarımfinalda Şevval Çayıra (Türkiyə) uduzan Əsmər bürünc medal uğrunda görüşdə Svenya Yunqoya (İsveçrə) qalib gəlib.

Elnurə Məmmədova (55 kq) isə italiyalı İmmakolata Daniseni məğlub edib (7:0). Ardınca isə macar güləşçi Roza Senttamasini, bolqarıstanlı Nazpəri Tahirini üstələyən Məmmədova finala vəsiqə qazanıb. Finalda Tuba Demirə 10:1 qalib gələn Elnurə Məmmədova Avropa çempionu adına sahib çıxıb.

​Sabah Birgül Soltanova (62 kq) final, Mərziyə Sadıqova (72 kq) isə bürünc medal görüşünə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right