Teymur Rəcəbov məğlub oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster yarışın ikinci turunda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 75-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə etmişdi.

Xal durumu: Karuana, Nepomnyaşi -1,5, Rapport, Firuzca, Duda, Nakamura – 1, Liren, Rəcəbov – 0,5.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right