"Araz-Naxçıvan" Almaniya klubunu darmadağın etdi Yenilənib

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasında bu gün növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz Almaniya çempionu “Jahn Regensburq”la qarşılaşıb. İlk matçla müqayisədə baş məşqçi Vitali Borisov start heyətində dəyişiklik etmişdi. Qapıçı Pavloviçə tapşıran Borisov Erikin əvəzinə Aleksiçə şans vermişdi.

Oyuna fəal başlayan futzalçılarımız fasiləyə qədər rəqibi 3 dəfə meydanın mərkəzinə dəvət etdi. Bu dəfə də hesabı Katatau açdı. Ardınca Erik və Xəzər rəqib torunu silkələdi. İkinci hissədə İsa və Xətai komandamızın üstünlüyünü 5 topa çatdırdı.

Beləliklə ilk matçda 9:1, ikinci görüşdə 5:0 hesabı ilə qələbə qazanan təmsilçimiz qrupda son oyununu avqustun 26-da meydan sahibi “Riqa”ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Jahn Regensburq” (Almaniya) – “Araz-Naxçıvan” (0:3) 0:5

24 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya)

Timekeeper: Kiazo Leladze (Latviya)

Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13

Sarı vərəqələr: İsa Atayev, 11:26, Romao Lukas, 17:22, Katatau, 24:44

 “Jahn Regensburq”

12. Raul Quimaraes (q), 8. Poerş, 11. Qabriel, 15. Lukas Kruel (k), 91. Marquinhos, 68. Bautz (q), 17. Herteriç, 18. Nattan, 24. Palutka, 25. Parasole, 30. Berq

Baş məşqçi: Florian Roz

“Araz-Naxçıvan”

12. Luka Pavloviç (q), 6. Aleksiç Ninoslav, 7. Romao Lukas, 9. Lazar Milosavljeviç, 20. Amadeu, 1. Emin Kürdov (q,k), 3. Tofiq Mikayılov, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Dannilo, 21. Katatau

Baş məşqçi: Vitali Borisov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right