Kateqoriya: Futzal | Tarix: 25.08.2014 10:10
Futzal üzrə FIFA referisi Elçin Səmədli avqustun 27-dən 30-dək Monteneqroda keçiriləcək futzal üzrə UEFA Kubokunun ilkin seçmə mərhələsinin G qrupunun oyunlarına təyinat alıb.
Newsport.az saytının məlumatına görə, bu qrupda "Podgorica" (Monteneqro), "Ben Gurion" (İsrail) və "Zelezarec" (Makedoniya) klubları mübarizə aparacaq.