Kateqoriya: Futzal | Tarix: 10.01.2025 15:08
Azərbaycan milli komandasının üzvü Amir Şocai “Araz-Naxçıvan” futzal klubu ilə anlaşıb.
Newsport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə 5 aylıq müqavilə imzalanıb.
Onun klubla müqavilə müddətini daha bir il artırmaq imkanı var.Azərbaycan millisinin üzvünün son iş yeri Tacikistanın “Soro Kompani” klubu olub.
Xatırladaq ki, “Araz-Naxçıvan” ölkə çempionudur.