Kateqoriya: Futzal | Tarix: 19.02.2024 12:24
Cari mövsüm futzal üzrə Azərbaycan çempionatlarında iki komanda 100 qol səddini keçib. Newsport.az xəbər verir ki, bunlardan biri Yüksək Liqada mübarizə aparan “Baku Fire” olub.
Son olaraq U-19-u 6:0 hesabı ilə məğlub edən adıçəkilən komandanın 4-cü qolu həm də mövsümdəki 100-cü topudu. Yubiley qolunun müəllifi İaqo Enrike olub. Braziliyalı görüşdə dubla imza atıb.
Birinci Liqada PFL bu göstəriciyə çatıb. “Ulduz”la son görüşdə 19:3 hesablı qalibiyyət əldə edən PFL-in son qolu 100-cü kimi əlamətdar olub. Bunu Balarza Qədirli reallaşdırıb.