Azərbaycan çempionunda yeni braziliyalı

“Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirməkdə davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu daha bir oyunçu ilə anlaşıb.

“Araz-Naxçıvan” braziliyalı “stolb” Dioqo Auqustonu heyətinə qatıb. 24 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, ölkəsində “Taboao da Serra” və “San Paulo” klublarının formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək qış fasiləsində Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Junioru transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right