Azərbaycan futzal millisinin baş məşqçisi: "Yaxşı nəticə qazanmağa çalışacağıq"

"Bu matçda yaxşı nəticə qazanmağa çalışacağıq".

Newsport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov evdə Rumıniya yığmasına qarşı keçirdikləri DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis komandanın təlim-məşq toplanışının plan üzrə davam etdiyini bildirib: "Bir-iki oyunçumuz dünən komandaya qoşulub. Hazırlıq gedir. Bu gün iki məşq edəcəyik. Rəqibin oyunlarına baxırıq, bizdə və onların heyətində bir az dəyişikliklər var. Növbəti iki qarşılaşmanı Azərbaycan çempionatında iştirak edən oyunçularla keçirmək qərarına gəldik. Az legioner dəvət etmişik".

Borisov növbəti mərhələ üçün şanslarının davam etdiyini xatırladıb: "9 xal yığsaq da, hər şey öz əlimizdə deyil. Beş qrupda ən yaxşı ikinci yeri tutmuş 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Rumıniyaya səfərdə 1:3 hesabı ilə uduzmuşduq. Amma belə olmamalıydı. Qol şansları yarada bilməmişdik. Bu dəfə evdə çıxış edəcəyik. Komandaya gənc və təcrübəli futzalçılar cəlb etmişik. Özlərini göstərməlidirlər. Rumıniyanın 4 xalı silinib, 6 xal isə Niderlanda verilib. Bəlkə də bir az ruhdan düşəcəklər. İkinci pillədən üçüncü sıraya düşüblər".

Qeyd edək ki, dekabrın 15-də keçiriləcək Azərbaycan - Rumıniya matçı saat 20:00-da start götürəcək. Qazaxıstan 4 oyundan sonra 12 xalla A qrupunda liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və millimiz isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right