Azərbaycan - Rumıniya oyununun hakimləri açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində evdə Rumıniya yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda ədaləti Damian Qrabovski, Slavomir Steçko və Monika Çudzinoviç qorumağa çalışacaqlar. "Timekeeper" isə azərbaycanlı Ramil Namazov olacaq.

Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan - Rumıniya görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right