"Məqsədimiz əsas milliyə futzalçı hazırlamaqdır"

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, yığmamız Mərakeş seçməsinə 1:5 hesabı ilə məğlub olub. Baş məşqçi İlqar Aslanov matçdan sonra Azərbaycan Futzal federasiyasının mətbuat xidmətinə açıqlama verib:

“Çətin oyun oldu. Uşaqlar mübarizə apardılar. Turnirdə iştirak edən komandalar güclüdürlər. Mərakeş millisi son illərdə inkişafda edən komandadır. Belarus yığmasını isə tanıyırıq, bir neçə dəfə qarşılaşmışdıq.

Yenə qeyd edirəm, bu cür turnirlər futzalçıların təcrübə toplaması, inkişafı baxımından əhəmiyyətlidir. Çalışırıq ki, gələcəkdə əsas millidə oynayacaq futzalçılar hazırlayaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right