Ötən mövsümü birinci divizionda "Şamaxı-2"nin heyətində çıxış etmiş Emin Quliyev öz oyunu ilə "Zaqatala"nın diqqətini çəkib.
Newsport.az saytına verilən məlumata görə, 2002-ci il təvəllüdlü yarımmüdafiəçi bölgə təmsilçisi ilə razılıq əldə edib.
Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
Razılığa əsasən, yanvarda 20 yaşlı futbolçuya Premyer Liqa və ya xarici klublardan təklif gələrsə, "Zaqatala" onun gedişinə mane olmayacaq.