Mirabdulla Abbasov "Şamaxı"da

"Neftçi"nin yollarını ayırdığı Mirabdulla Abbasov yeni mövsümə fərqli komandada başlayacaq.

Newsport.az saytına verilən məlumata görə, forvard "Şamaxı" ilə anlaşıb.

27 yaşlı hücumçunun bölgə klubu ilə bir illik müqavilə imzalayacağı gözlənilir. "Şamaxı"nın baş məşqçisi Cavid Hüseynov Abbasovu sərəncamında görmək istəyib.

“Neftçi”nin yetirməsi olan hücumçu “Dauqavpils”, “Sumqayıt” və “Səbail”də icarə əsasında çıxış edib.

Millimizdə də 3 oyun keçirmiş forvardı “Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf komandada görmək istəməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right