"Neftçi" Türkiyə Kubokunun qalibi ilə qarşılaşacaq

"Neftçi" yeni mövsümün hazırlığının ikinci mərhələsini Türkiyədə davam etdirir.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Bolu toplanışı çərçivəsində ikinci yoxlama oyununda qüvvəsini sınayacaq.

"Ağ-qaralar"ın rəqibi də artıq məlumdur. "Neftçi" son mövsümdə Türkiyə Kubokunu qazanan "Sivasspor"la qarşılaşacaq. Matç 11 iyul tarixində Bakı vaxtilə saat 16:45-də baş tutacaq.

Qeyd edək ki, "Neftçi" Türkiyədə keçirdiyi ilk yollama oyununda "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right