Nazir AFFA-nın baş katibi və veteran futbolçularla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüş keçirib.

Newsport.az-ın məlumatına görə, veteranları salamlayan Fərid Qayıbov onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.

Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və digərləri ölkə çempionatı, klublar və milli komanda ilə bağlı fikirlərini bildiriblər.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right