Nuriyev: "Təbii ki, Ukrayna mənə daha yaxındı"

Azərbaycan milli komandasının üzvü Anatoli Nuriyev “FanDay” portalına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, "Sabah"ın yarımmüdafiəçisi “özünü daha çox ukraynalı, yoxsa azərbaycanlı kimi hiss edirsən” sualına belə cavab verib:

“Çətin sualdır. Heç kimi incitmək istəmirəm. Təbii ki, Ukrayna mənə daha yaxındır. Burada doğulmuşam və 25 il burda yaşamışam.

Beynəlxalq arenada çıxış etmək imkanı yaratdığı üçün Azərbaycana təşəkkür edirəm. Elə futbolçu yoxdur ki, beynəlxalq arenanı arzulamasın. Babam azərbaycanlıdır. Buna görə bu ölkənin millisində çıxış etməyin mənası var.

"Minay" və "Kolos"dan başqa Ukrayna klublarına qol vursam, təbii ki, bayram edəcəm. Ukrayna millisinə gəlincə, heç bilmirəm. Yəqin ki, qeyd edəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right