"Zirə" ilk yoxlama görüşündə uduzdu

Konfrans Liqasına Türkiyənin Bolu şəhərində hazırlaşan "Zirə" bu gün ilk yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası Rumıniyanın yüksək liqasında çıxış edən "Hermanştadt"la qarşılaşıb. "Zirə" rəqibinə 1:2 hesabı ilə uduzub. Paytaxt təmsilçisinin oyundakı yeganə qolunu isə 25-ci dəqiqədə Hamidu Keyta vurub.

Qeyd edək ki, görüşün əvvəlcə Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulıurdu. Amma hava şəraiti ilə əlaqədar sonradan oyununun başlama saatında dəyişiklik olub. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 18:00-da yox, 17:00-da  start götürüb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah