"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov Avropa çempionu olan Azərbaycan mini-futbol yığmasının uğuruna biganə qalmayıb.
Newsport.az-ın məlumatına görə, o, "twitter" hesabında millimizin uğuru barədə bunları yazıb:
"Slovakiyada mini-futbol üzrə Avropa çempionu olan milli komandamızın bütün üzvlərini təbrik edirəm. Azərbaycanda yetərincə gənc futbolçular var! Ölkəmizdə futbol var və olmalıdır! Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi. Təşəkkürlər, milli!".
Orxan Məmmədov mini-futbol millisinin yarımfinal qarşılaşmasından əvvəl də komandayla online görüş keçirərək onlara uğur arzulamışdı.