Növbəti mövsüm Premyer Liqada iştirak edəcək komandalardan olan "Kəpəz" artıq transfer çalışmalarına start verib.
Newsport.az saytına verilən məlumata görə, Yaşar Vahabzadənin baş məşqçisi olduğu klub hücum xəttini gücləndirmək üçün "Qəbələ"nin forvardına ehtiyac duyub.
Belə ki, Gəncə təmsilçisi ötən mövsüm "Qəbələ"nin heyətindəki performansı ilə diqqətləri çəkən Ülvi İsgəndərovu heyətinə cəlb etmək niyyətindədi.