Rusiya Premyer Liqasında 25-cü turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" növbəti matçına çıxıb.
Tula təmsilçisi "Rostov"la üz-üzə gəlib. Ayazın komandası bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Start heyətində meydana çıxan Quliyev sonadək mübarizə aparıb.
“Arsenal” geridə qalan 25 turda 21 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.