Azərbaycan birinci divizionunda 17-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib.
"Kəpəz" evdə "Sumqayıt-2"yə qalib gəlib. "Qaradağ Lökbatan" səfərdə "Keşlə-2"ni məğlub edib. "Neftçi" 2 isə doğma meydanda "Qarabağ-2"yə uduzub.
9 mart (çərşənbə)
14:30. "Kəpəz" - "Sumqayıt-2" - 2:0
Qollar: Elçin Əlicanov, 5, 90+6
15:00. "Keşlə-2" - "Qaradağ Lökbatan" - 0:1
Qol: Sabir Allahquliyev, 78
15:00. "Neftçi-2" - "Qarabağ-2" - 1:2
Qollar: Əli Sadıxov, 5 - Nihad Quliyev, 63, Əli Nəcəfli, 73
8 mart (çərşənbə axşamı)
“Səbail-2” – “Sabah-2” - 2:3
“Turan Tovuz” – “Qəbələ-2” - 0:3