“Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir.
Newsport.az-ın məlumatına görə, Premyer Liqanın 18-ci turunun “Qarabağ”la səfər oyununda zədələnən Omar Haninin durumuna müayinədən sonra tam aydınlıq gələcək.
Rüfət Əhmədov həm komanda, həm fərdi məşqlərini davam etdirir. Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası dövrü keçir.
"Qəbələ" Premyer Liqanın 19-cu turunda "Zirə" ilə qarşılaşacaq. Görüş martın 13-də Qəbələdə keçiriləcək.