AFFA rəsmisi Türkiyə millisinin oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Türkiyə və Serbiya yığmaları arasında keçiriləcək dünya çempionatının seçmə oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma fevralın 23-də İzmirdəki “Gürsel Aksel” stadionunda gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right