"İğtişaşların hamısının səbəbi hakim idi" - Murad Musayev

Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Sabah” – “Neftçi” cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə 1:3 hesablı məğlubiyyəti şərh etdi...

- Çox yaxşı birinci hissə keçirdik. Oyuna nəzarət edib, qol imkanı yaratdıq, qol vurduq. Müdafiədə nizam-intizamlı oynayıb, rəqibin təhlükəli vəziyyət yaratmasına imkan vermədik. Fasilədən sonra üstünlüyü əldən verdik. Bu, ən böyük səhvimiz idi. İlk hissədəki kimi oynamalıydıq.

- Hakimlik barədə nə deyəcəksiz?
- Deməliyəm ki, meydançada nə baş verdisə, referi buna doğru irəliləyirdi və istədiyinə nail oldu. O, işini çox yaxşı gördü. Epizod gedirsə və oyunçulardan biri qaydanı pozursa, hakim fit çalmırsa, amma eyni epizodda digər tərəfə birbaşa fit çalırsa, deməli, başqa niyyəti var. Mən oyunun daha az dayanmasının tərəfdarıyam. Amma bunun nəticəsi oldu. Əgər imkan verirsənsə, qoy, hər iki tərəf sərt oynasın. Belə alındı ki, o, sadəcə, bir tərəfə qarşı fit çalırdı. Meydanda futboldan həzz ala bilmədik. İğtişaşların hamsının səbəbi hakimdi. Amma hakimə görə uduzmadıq. Belə hakimlik edilirsə, daha yaxşı oynamalıyıq. İlk yarıdakı kimi oynamalıydıq. Hakimin meydanda etdiklərini çoxdandı, görməmişəm. Nə etmək istəyirdisə, ona nail oldu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right