“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Keşlə”yə qarşı ölkə kubokunun ¼ final oyununu şərh edib.
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis 6:0 hesablı qələbə barədə bunları deyib:
“Bizim üçün yaxşı, baxımlı oyun oldu. Xeyli rotasiya etmişdik. Hiss olunurdu ki, bəzi futbolçular çoxdandı, oynamır. Çox istəkli idilər. Bu da bizə kömək etdi. Hesaba baxmayaraq, sona kimi oyun intizamını qoruduq. Bu, vacib idi. “Keşlə” son çempionat oyununda təxminən 70 dəqiqə azlıqda oynamışdı. Yorğun olduqları görünürdü. Ona görə bir az asan oldu. Amma onlara qarşı həmişə çətinlik çəkmişik. Gələcək matçlarda “Keşlə”yə uğurlar arzulayıram”.
Qurbanov oyunun gedişində etdiyi rotasiyalar, Ramil Şeydayevi müdafiənin cinahında oynatması barədə söyləyib:
“Oyunun gedişatı, hesab belə dəyişikliklərə imkan yaratdı. Maksim zədədən sonra narahat idi. Veşoviç son iki oyunda 90 dəqiqə oynamışdı. Buna görə onu əvəzlədik. Rotasiyalar da pis alınmadı. Ramili daha çox hücumda görürdüm, nəinki müdafiədə. Ümumən, hesab buna şərait yaratdı”.