Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo” ilə məşqlərə start verib.
Newsport.az xəbər verir ki, “Jutarnij List” Emrelinin fərdi məşqlərdən sonra kollektivlə məşqlərə cəlb olunduğunu yazıb.
Millimizin hücumçusunun ölkə çempionatının “Qoritsa” ilə görüşündə meydana çıxmayacağı ehtimal edilir.
Zaqreb klubunun məşqçilər korpusu Mahiri Avropa Liqasının pley-off mərhələsinin “Sevilya” ilə oyunu üçün heyətə cəlb etmək istəyir.
Xorvatiya mətbuatı məsələ haqda bu cür yazıb: “Təbii ki, Mahir “Qoritsa” ilə oyunda meydana çıxmayacaq. Sevilyaya yollanması isə dəqiq deyil. Jelko Kopiç buna son anda qərar verəcək. Hazır olmadığı vaxtda risk etmək olar ya, yox zaman göstərəcək. Hazırda onun fərdi yox, daha çox kollektivlə məşq etməsi vacibdi”.