Turan Manafovun icarə əsasında çıxış etdiyi "Olimpiakos"(Volos) növbəti oyununa çıxıb.
Newsport.az xəbər verir ki, azərbaycanlının komandası 14-cü turdan təxirə salınmış görüş çərçivəsində "Trikala" ilə üz-üzə gəlib.
Manafovun komandası 2:1 hesabı ilə qələbə qazanıb. Start heyətində meydana çıxan müdafiəçi 67-ci dəqiqədə əvəzlənib.
"Olimpiakos" 15 oyunda 13 xal toplayaraq 17 komandanın iştirak etdiyi yarışda liqada 15-ci pillədə qərarlaşıb.