Aftandil Hacıyev: "Qələbəyə layiq oynasaq da..."

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la oyunu (1:1) şərh edib.

Newsport.az-ın məlumatına görə, o, matçdan sonra "CBC Sport"a açıqlamasında bunları deyib:

"Çox maraqlı oyun alındı. İlk hissədə hər iki komanda dinamik idi. Gərgin mübarizə izlədik. Birinci hissəni aktivimizə yazmaq olar. Çünki daha çox hücumlar qurduq. Fasilədən sonra oyun bir qədər bərabərləşdi, bəzi epizodlarda rəqib üstünlüyü ələ aldı. Futbolçular üçün bir qədər çətindi. 4-5 itkimiz var idi və ehtoyatda olanlardan istifadə etdik. Buna baxmayaraq, xal qazanmaq istəyirdik. Qələbəyə layiq oynasaq da, yekunda 1 xalla kifayətləndik. Hər halda hesabımızı artırdıq. Belə görünür ki, çempionat gərgin davam edəcək. Bizim üçün çətin olsa da, mübarizə aparmağa çalışacağıq.

Bundan sonra üçün hədəflər? Mövsümün əvvəlindən bizdən böyük gölənilər yox idi. Digər komandalarla müqayisə edəndə yəqin ki, hamıy məlumdu, niyə. Buna baxmayaraq, oyunumuzla azarkeşləri sevindirmək istəyirik. Yerlilərə üstünlük veririk. Getdikcə gənclərdən daha çox istifadə edəcəyik. Qarşımızda avrokubok hədəfi qoyulmayıb. Amma idman prinsipləri baxımından hər oyunda belə mübarizə aparmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right