"Neftçi"nin baş meneceri texniki zonadan qovulub

"Neftçi"nin baş meneceri Qədir Həsənov evdə "Qarabağ"a qarşı keçirdikləri Premyer Liqanın XV tur matçında texniki zonadan qovulub.

Newsport.az-ın məlumatına görə, buna klub rəsmisinin görüşün baş hakimi Kamal Umudlunun qərarına sərt şəkildə etiraz etməsi səbəb olub. Nəticədə birbaşa qırmızı vərəqə alan Həsənov tribunaya göndərilib.

Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və hesab qonaqların xeyrinədir - 2:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right