"Qarabağ" Azərbaycan derbisində "Neftçi"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 2022-ci ilin ilk oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, 2021/2022 mövsümünün ikinci yarısına 15-ci turun matçları ilə start veriləcək. İlk oyun günündə 2 görüş oynanılacaq. Əvvəlcə "Keşlə" "Zirə"ni qəbul edəcək.

 

Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" "Neftçi"nin qonağı olacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

7 fevral (bazar ertəsi)

16:00. “Keşlə” – “Zirə” - 0:1 

Qol: Mohamed Hamdoui, 45+1

Qırmızı vərəqə: İlkin Qırtımov, 39 ("Keşlə")
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
“ASK Arena”.

19:00. “Neftçi” – “Qarabağ” 1-2

Qol: Mert Çelik, 82 Kadi Borges, 25, 62
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
“Bakcell Arena”.

8 fevral (çərşənbə axşamı)

17:00. “Sabah” – “Qəbələ”
Hakiml
ər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
“Bank Respublika Arena".

19:15. “Səbail” – “Sumqayıt”
Hakimlər: 
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
“ASCO Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right