"Qəbələ"nin hücumçusu Rafael Alemao Braziliya mətbuatına açıqlama verib.
Newsport.az məlumatına görə, braziliyalı futbolçu Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la ilk oyunundakı qələbəsini şərh edib:
"Bu, çox vacib qələbə idi. Amma həmin qələbə yarımfinala adlayacağımıza təminat vermir. Sadəcə titul uğrunda şansımızı daha da yaxşılaşdırmış olduq. Öz evimizdə hesabı daha da yaxşılaşdırmalıyıq. Evdə rəqibə şərtlərimizi diqtə etməliyik. Əks halda, onları keçmək çətin olacaq.
Oyunun gedişində havanın temperaturu 4 dərəcə aşağı düşmüşdü. Amma mən 2 ildir ki, Azərbaycanda oynayıram və buranın havasına öyrəşmişəm. Bütün çətinliklərə qalib gəlmək üçün güclü olmalısan".