"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Newsport.az-a verilən məlumata görə, klub ingiltərəli Natan Oduva ilə müqavilə imzalayıb.
26 yaşlı hücumameylli yarımmüdafiəçinin sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərənin "Tottenhem" klubunun yetirməsi olan Natan Oduva son olaraq İrlandiya "Dandolk"unda çıxış edib.