“Təklifi Qurban Qurbanov irəli sürürsə, müzakirə olunmalıdır” Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan futbolunda 5 əvəzetmənin tətbiqinin zəruriliyi ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun səsləndirdiyi fikrə münasibət bildirib.

Newsport.az-ın xəbərinə görə, gənc mütəxəssis dünən İTV-də yayımlanan “Bol İdman” verilişində qeyd edib ki, bununla bağlı söhbətlər edilsə də, yetərincə görüş olmayıb:

“Biz də bununla bağlı zamanında öz fikrimizi bildirmişdik. Mən nəyin tərəfdarıyam? Bu gün heyətim kasatdır, 5 əvəzetmə mənə sərfəli deyil. 3 əvəzetməni güclə edirəm. Amma söhbət tək məndən və ya başqa bir klubdan getmir. Bu məsələ ümumiləşdirilməli və müzakirəyə çıxarılmalıdır. Əgər təklif hər hansı bir məşqçi tərəfindən gəlirsə, yaxşı olardı ki, məşqçilərlə görüşlər olsun. Bu məsələ çox aktuallaşdı, amma təəssüf ki, məsələnin üstündən keçildi,. Klubların hər birindən şifahi  olaraq soruşuldu, amma müzakirə olunmadı. Əgər Qurban Qurbanov kimi savadlı, Azərbaycan futboluna böyük töhvələri olan şəxs bu fikri irəli sürürsə, bu söhbət müzakirə olunmalı idi”. 

R.Sadıqov limit məsələsinə də toxunub, həmişə limitin tərafdarı kimi çıxış etdiyini söyləyib: “Mən 7+4 tərəfdarı olmuşam”.

Bununla belə, “Zirə”nin baş məşqçisi bildirib ki, çempionatda klub sayı artarsa, limit azalmalı, indiki kimi olarsa, 6+5 qalmalıdır: “Klub sayı eyni qalıb limit azalsa, biz yerlı futbolçuları itirməyə başlayacayıq. Komanda sayı artacaqsa, 7+4 tərafdarıyam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right