Millimizin üzvü qol vurdu, komandası qalib gəldi

Ukraynanın "Oleksandriya" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın "Vayle Boldklub" klubu ilə qarşılaşıb. Matç Ukrayna təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

"Oleksandriya"da çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev də bu qarşılaşmanın iştirakçısı olub. 64-cü dəqiqədə meydana daxil olan U-21 millimizin üzvü 82-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right