Portuqaliya klubu "Neftçi"nin müdafiəçisini istəyir

"Neftçi"nin müdafiəçisi Uqo Basto karyerasını Portuqaliyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə "A Bola" nəşri məlumat yayıb. Xəbərdə qeyd olunub ki, "Tondela" 28 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Premyer Liqa klubu portuqaliyalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Uqo Basto "Neftçi"yə mövsümün əvvəlində Portuqaliyanın "Eştoril" klubundan keçib.

Xatırladaq ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov "Tondela"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right