“Sumqayıt” yeni transferindən bəd xəbər alıb. Newsport.az xəbər verir ki, “kimyaçılar”ın heyətinə yenicə qatdığı Araz Abdullayev sıradan çıxıb.
Millimizin yarımmüdafiəçisi komandanın məşqlərindən birində zədə alıb. Onun azı 3 həftə müalicə alacağı dəqiqdi.
Abdullayev “Sumqayıt”ın qarşıdakı kubok oyunlarında komandaya kömək edə bilməyəcək. Baş məşqçi Aleksey Baqanın böyük ümid bəslədiyi futbolçunun mövsümün ikinci yarısının əvvəlini buraxması da mümkündü.