Ramil qol ötürməsi verdi, "Buriram Yunayted" qalib gəldi

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Taylandın “Buriram Yunayted” klubu yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, Şeydayevin komandası Honq Konqun “Barselona”sı adlandırılan “Kitçi”ni məğlub edib (3:2). Şeydayev start heyətində meydana çıxıb və ilk qolun ötürməsini verib.Xatırladaq ki, Şeydayev “Buriram Yunayted”dəki debütünü “Utai Tani” ilə görüşdə (2:1) etmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right