"NTD-İndiqo"nun kapitanı: Yarımfinal matçlarında favorit yoxdur

Bu matçlarda favorit yoxdur. Hər bir komanda uğur qazanmaq üçün əlindən gələni edəcək.

Newsport.az-ın məlumatına görə, bunu "NTD-İndiqo"nun kapitanı Elşad Şirzadov "Xəzri"yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, rəqibin pley-offda "Sərhədçi" ilə matçını izlədiyini bildirib: "Xəzri" favorit idi. İki qələbə qazanaraq yarımfinala adladılar. "Sərhədçi" də yaxşı oynadı, ikinci qarşılaşmada qalibiyyət əldə etmişdi. Ancaq üçüncü görüş hər şeyi həll etdi".

"Xəzri"nin qısa müddət əzrində üç oyun keçirdiyini xatırladan Şirzadov onların yorğun ola biləcəyini söyləyib: "Bizim üçün heç bir fərq yoxdur. Hər iki komandada zədəli oyunçular yoxdur. Bu da çox vacibdir. Hər gün məşq edirdik. Yarımfinala hazırlaşırdıq. Hesab edirəm ki, komanda yaxşı formadadır. Pley-off mərhələsində psixologiya xüsusi rol oynayır. Psixoloji cəhətdən də hazırıq. Ölkə kubokunun yarımfinalında "Xəzri" ilə oynadıq və məğlub olduq. İndi pley-offun yarımfinalında onlara qarşı oynayırıq. Bu dəfə fərqli olacaq. Bu rəqibə qarşı hazırlaşırdıq. Hər kəs qarşıdakı matça köklənib. Azarkeşləri tribunalardan bizə dəstək olmağa dəvət edirik. Onları çox maraqlı oyunlar gözləyir".

Qeyd edək ki, bu gün "Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 19:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right