"Yuventus"dan 15 milyon avroluq transfer

"Yuventus" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi "Montsa"nın qapıçısı Mişel Di Qreqorionun keçidini yekunlaşdırıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Yuventus" 26 yaşlı qolkiper üçün 15 milyon avro və əlavə bonuslar ödəyəcək. "Ağ-qaralar" italiyalı "əlcək sahibi" ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Mişel Di Qreqorio bu mövsüm "Montsa"nın heyətində meydana çıxdığı 33 rəsmi matçda 35 qol buraxıb. O, 14 oyunda qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right