Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

ABŞ-da 2023-cü ilin ən yaxşı sərbəst güləşçilərinin adları açıqlanıb.

Newsport.az AZƏRTAC-ə istinadən xəbər verir ki, ABŞ Güləş Federasiyasının tərtib etdiyi siyahıda ilk pilləni Azərbaycanın veteran güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov (61 kiloqram) tutub. Həmyerlimiz ilk dəfə bu titula layiq görülüb.

O, daha əvvəl ABŞ-ın ikiqat olimpiya və dördqat dünya çempionu Con Smitin adına daşıyan mükafata sahib çıxıb.

Qeyd edək ki, ötən il dünya çempionatında debüt edən V. Orucov qızıl medal qazanıb. O, həmçinin Panamerika və ABŞ Açıq çempionatlarının qalibi olub. Azərbaycanlı güləşçi zədə səbəbindən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışlarda iştirak edə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right