Benzia Mahrezdən üstündü: “Qarabağ”ın futbolçusu milliyə çağırılacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia iyunda yenidən Əlcəzair millisinə çağırılacaq. Newsport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, martda yığmaya dönüşünü qollarla qeyd edən pleymeykerin performansı baş məşqçi Vladimir Petkoviçin ürəyincə olub. Bu səbəbdən Benzia millinin məşqçilər korpusu üçün artıq vazkeçilməz oyunçuya çevrilib.

Maraqlıdı ki, Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda çıxış edən Riyad Mahrez məhz Benziaya görə yığmadan kənarda qala bilər. 33 yaşlı yarımmüdafiəçi növbəti toplanışa çağırılmasını istəsə də, Petkoviç onunla bağlı yekun qərarını verməyib.

Qeyd edək ki, Əlcəzair seçməsi gələn ay DÇ-2026-nın seçmə mərhələsində Qvineya və Uqanda ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right