Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 19:30-da başlayacaq. Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də baş tutacaq.

Qeyd edək ki, bu raundun digər cütündə "NTD-İndiqo" və "Xəzri" münasibətlərə aydınlıq gətirəcəklər. İlk oyun mayın 8-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right