Luis Enrike: Qalib gələcəyik

PSJ-nin baş məşqçisi Luis Enrike Dortmund “Borussiya”sına qarşı Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb. Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis ispaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında iddialı danışıb.

O, finala adlayacaqlarına əmin olduğunu bildirib: “Biz qalib gələcəyik. Bu, fransızca bildiyim yeganə ifadədi. İdeya ilk matçdakı kimi oynamaqdı. Məqsədimiz finala çıxmaqdı. Bunun üçün isə “Borussiya” kimi görkəmli komandadan daha yaxşı olmalıyıq”.

Qeyd edək ki, bu gün Parisdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Dortmunddakı ilk matçda “Borussiya” 1:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right