"Çelsi"nin müdafiəçisi Braziliya klubunda Rəsmi

Yayda "Çelsi" ilə müqaviləsi başa çatan Tiaqo Silvanın yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, braziliyalə müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

39 yaşlı futbolçu "Fluminense"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli mərkəz müdafiəçisi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tiaqo Silva 2020-ci ilin yayından "Çelsi"də çıxış edir. Braziliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right