"Mançester Yunayted" alban qapıçı ilə maraqlanır

"Mançester Yunayted" "Latsio" ilə müqaviləsi başa çatan Tomas Strakoşanı transfer edə bilər.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" 27 yaşlı qolkiperlə maraqlanır. Bildirilib ki,  "Mançester Yunayted" David De Xea üçün əvəzedici axtarır. Çünki komandanın ehtiyat qapıçısı Din Henderson 2022/23 mövsümünü icarə əsasında "Nottinqem Forest"də keçirəcək.

Qeyd edək ki, alban oyunçunun "Latsio" ilə müqaviləsi iyunun 30-u başa çatıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right