"Turan Tovuz"un legioneri üçün mövsüm başa çatıb

"Turan Tovuz"un futbolçusu Roderik Miller üçün mövsüm başa çatıb.
 
Newsport.az xəbər verir ki, buna AFFA İntizam Komitəsinin panamalı müdafiəçini 4 oyunluq cəzalandırması səbəb olub.
 
32 yaşlı oyunçu "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIII turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
 
Tovuz təmsilçisi legionerin bu hərəkəti ucbatından 3000 min manat cərimələnib.
 
"Zirə" isə cəmi 700 manat ziyana düşüb. Paytaxt klubunun 5 oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right