Xorvatiya mətbuatı: "Dinamo" Emreli ilə kompromissə getməli olacaq"

Xorvatiya mətbuatı bu yay "Dinamo"nu tərk edəcək futbolçulardan danışarkən komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin vəziyyətinə də toxunublar.

Newsport.az “Germanijak”a istinadən xəbər verir ki, xorvatlat millimizin üzvü barədə bunları qeyd edib:

"Mahir Emreli oyunlar üçün nəzərdə tutulmuş heyətdə belə yoxdur. O, zədəsini sağaldandan sonra bir dəqiqə də meydanda qalmayıb. Emrelinin klubla müqaviləsi daha iki il qüvvədədir və “Dinamo” onunla kompromissə getməli olacaq".

Qeyd edək ki, 2022-ci il fevralın 2-də “Dinamo”ya keçib və o, 2026-cı il iyunun 30-na qədər Xorvatiya nəhənginə məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right