Ançelottidən etiraf: İlk oyunda bizdən yaxşı idilər

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Bavariya”ya qarşı keçiriləcək Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu dəyərləndirib. Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis bərabər səviyyəli iki klubun qarşılaşacağını bildirib.

O, Almaniya nəhənginə hörmətlə yanaşdıqlarını vurğulayıb: “Bavariya” ilə “Real” oxşar klublardı. Bu haqda danışmışıq. Onların böyük ənənələri, tarixi və Çempionlar Liqasında uğurları var. Biz bir-birimizə hörmət edirik və bu, ədalətlidi. Yarımfinalda rəqibə hörmət etməliyik. O cümlədən ilk görüşdə bizdən daha yaxşı oynadıqlarına görə”.

Qeyd edək ki, cavab oyunu bu gün Madriddə baş tutacaq. Münhendəki ilk görüşdə 2:2 hesabı qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right