"Qol vurmalı ilk adam mən idim" Mbappe

“Qol vurmalıydıq. Bizim epizodlarımız oldu, amma qol vurmayanda növbəti mərhələyə keçmək çətinləşir”.

Newsport.az xəbər verir ki, bu sözləri PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalının “Borussiya” ilə cavab matçından (0:1) sonra UEFA-nın saytına açıqlamasında deyib.

Komandanın lideri qeyd edib ki, ondan qol gözlənilsə də, bunu bacarmayıb: “Bacardığım qədər komandama kömək etməyə çalışdım. Cərimə meydançasında səmərəlilikdən danışanda düşünürəm ki, birinci düşünülən şəxs mənəm. Dünəm axşam qol vurmalı olan ilk adam mən idim. Artıq bununla barışmalıyıq. Biz işləməyə davam etməliyik. Hələ Fransa kubokunun finalı var”.

Xatırladaq ki, PSJ Dortmund klubu ilə hər iki görüşdə 0:1 hesabı ilə uduzaraq ÇL-də mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right