Məşhur klub baş məşqçisi ilə yollarını ayırdığını nə vaxt açıqlayacaq?

PSJ Maurisio Poçettinonun işinə son verib.

Newsport.az-in məlumatına görə, klub bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcək.

Paris təmsilçisi Poçettinonun müqaviləsini vaxtından əvvəl ləğv etdiyi üçün qarşı tərəfə təzminat ödəməli olacaq.

50 yaşlı mütəxəssis 2021-ci ilin əvvəlindən PSJ-ni çalışdırırdı. Komanda başa çatan mövsümdə onun rəhbərliyi altında Fransa çempionu olub.

Klub rəhbərliyi baş məşqçi postuna Zinəddin Zidanı gətirməyi planlaşdırır.

    

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right